Məzuniyyət modulu əməkdaşların bütün növ məzuniyyətlərinin tam rəqəmsal şəkildə planlanması və uçotu nəzərdə tutulmuş vahid idarəetmə sistemidir. Modul illik əsas əmək məzuniyyəti ilə yanaşı, bütün növ əlavə məzuniyyət növlərini də əhatə edir.
Əməkdaş şəxsi kabinet vasitəsilə məzuniyyət ərizəsini elektron formada təqdim edir. Sistem avtomatik olaraq əməkdaşın cari məzuniyyət qalıqlarını, istifadə etdiyi günləri, keçmiş illərdən qalan məzuniyyət ehtiyatını və məzuniyyət növünə uyğun hesablamaları göstərir. Müraciət göndərilən kimi təyin olunmuş rəhbər və təsdiqləyən şəxslərə bildiriş gedir və təsdiqlənilir.
Məzuniyyət planlaşdırılması modul daxilində illik qrafik şəklində aparılır. Stuktur vahidləri üzrə illik məzuniyyət təqvimi öncədən planlanılır və bu da rəhbərlər üçün işin təşkilini asanlaşdırır.
Cari və keçmiş illərə aid məzuniyyətlərin ayrıca uçotu aparılır. İstifadə olunmamış günlərin növbəti ilə keçidi, müəyyən məhdudiyyətlərin tətbiqi, kompensasiya ilə əvəzlənmə kimi əməliyyatlar sistem üzərində tam müvafiq qanunvericilik çərçivəsində icra olunur. Kompensasiya hesablamaları, əməkhaqqına təsiri və müvafiq əmrlərin hazırlanması avtomatik generasiya edilir.