İmtahan modulu əməkdaşların və namizədlərin bilik və kompetensiyalarının obyektiv, sürətli və tam rəqəmsal formada qiymətləndirilməsi üçün nəzərdə tutulmuşdur. Modul həm daxili, təlim öncəsi və sonrası qiymətləndirmə, həm də işəqəbul imtahanları üçün istifadə olunur və bütün prosesi vahid mərkəzdən idarə etməyə imkan verir.

Modulda müxtəlif imtahanlara aid sual tipləri yaratmaq mümkündür: açıq və qapalı tipli. Suallar istənilən sayda, mövzu və kateqoriyalara bölünür, ayrıca asan–orta–çətin səviyyələr üzrə qruplaşdırılır. İmtahandakı hər bir sual üzrə qiymətləndirmə balı və imtahanın keçid faizi administratorlar tərəfindən müəyyən edilir. Sistem sualları təsadüfi meyarlarla seçərək hər iştirakçı üçün fərqli imtahan variantı yaradır. Vaxt məhdudiyyəti, hesablayıcıdan istifadə, sual sayı, daxilolma qaydaları kimi parametrlər də tam idarə olunur.

İmtahanlar xüsusi DataTest platforması üzərindən keçirilir. Platforma mobil və kompüter cihazlarında işləyir, real vaxtda imtahanın gedişatını izləmək, iştirakçı davranışını analiz etmək mümkündür. Qapalı suallar avtomatik, açıq suallar isə ekspertlərin analizi əsasında qiymətləndirilir.

Nəticələr anında formalaşır və iştirakçıların şəxsi kabinetinə ötürülə bilir. Sistem mövzular, çətinlik səviyyələri və ümumi performans üzrə geniş hesabatlar yaradır.

Bu modul imtahan prosesini tam rəqəmsallaşdırır, insan müdaxiləsini minimuma endirir və müəssisədə şəffaf və standartlaşdırılmış qiymətləndirmə sistemi yaradır.