Hesabatlılıq modulu müəssisədə insan resursları və idarəetmə proseslərinin rahat və real vaxtda izlənməsini təmin edir. Modul bütün HR və digər idarəetmə fəaliyyətləri ilə bağlı məlumatları mərkəzləşdirilmiş şəkildə toplayır və istifadəçilərə vizual, interaktiv və asan oxuna bilən formatda təqdim edir.

Modul real vaxtda dashboard vasitəsilə işçi sayı, işəqəbul və işdən çıxma halları, əmrlər və ərizələr, əməkdaşların təhsil səviyyəsi, cinsi, yaş qrupları və digər mühüm metriklər üzrə operativ məlumatları göstərir.

Bütün hesabatlar Excel və PDF formatında ixrac oluna bilir ki, bu da sənəd paylaşımını və əlavə analizləri asanlaşdırır. Hesabatlılıq modulu proqram təminatının hər bir modulu üzrə həm standart hesabatların, həm də istifadəçinin ayrıca daxil etdiyi məlumatlar əsasında fərdi hesabatların qurulmasına imkan verir. Bu, həm rəhbərlik, həm də HR komandası üçün qərarvermə prosesini sürətləndirir və dəqiqləşdirir.

Beləliklə, Hesabatlılıq modulu müəssisədə məlumatların şəffaf və çevik idarə olunmasını təmin edir və idarəetmə proseslərinin effektivliyini artırır.