Əməkhaqqı Modulu müəssisədə əməkhaqqı prosesinin tam avtomatlaşdırılmış, dəqiq və qanunvericiliyə tam uyğun şəkildə idarə olunmasını təmin edir. Modul bütün hesablamaları təsdiqlənmiş tabel məlumatları, iş vaxtının uçotu, məzuniyyət və xəstəlik vərəqələri, verilmiş əmrlər və əmək müqaviləsində qeyd olunan şərtlər əsasında avtomatik olaraq həyata keçirir.
Sistem əməkhaqqının hesablanması zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin bütün tələblərini, o cümlədən gecikmə, əlavə iş saatları, gecə növbəsi, bayram və qeyri-iş günlərində işə görə əlavələri, əvəzetmə, sosial sığorta və vergi tutulmalarını, müavinətləri və kompensasiyaları nəzərə alır.
Modulun əsas üstünlüklərindən biri əməkhaqqı bildirişlərinin (payslip) tam avtomatik şəkildə işçilərə göndərilməsidir. Bildirişlər sistem tərəfindən avtomatik generasiya olunur və hər bir əməkdaş üçün fərdi şəkildə hazırlanır.
Əlavə olaraq, əməkhaqqına dair bütün tutulmalar (vergi, DSMF, işsizlikdən sığorta, icbari tibbi sığort, cərimələr və s.) və əməkhaqqına edilən əlavələr (bonuslar, mükafatlar, maddi yardımlar, avans, yanacaq və digər kompensasiyalar) sistemdə ayrıca uçotda saxlanılır və tam şəffaflıqla idarə olunur. İstər əlavə istərsədə tutulmalar üzrə təkrarlanan ödənişləri və qalıq balansı avtomatik icra etmək mümkündür.
Hər ay üzrə əməkhaqqı cədvəlləri, hesablamalar, xərclər, əlavə və tutulmalar barədə geniş hesabatlar formalaşdırmaq mümkündür. Hesablamalar arxivləşdirilir və istənilən dövr üzrə geriyə dönük analiz imkanı yaradır. Eyni zamanda vergi bəyannaməsi və statistika komitəsinə verilən hesabatlar avtomatik hazırlanır.
Nəticə etibarilə, Əməkhaqqı modulu HR əməkdaşlarının iş yükünü minimuma endirir, insan səhvlərini aradan qaldırır, vaxt itkisinin qarşısını alır və əməkhaqqı prosesinin tam kağızsız, avtomatlaşdırılmış və şəffaf şəkildə idarə olunmasını təmin edir.