Müəssisədəki vakansiyalar üzrə işçi tələblərinin yaradılmasından başlayaraq, müraciətlərin qəbul edilməsi və CV-lərin filtrələnməsi, uyğun namizədlərin seçimi, imtahan və müsahibə mərhələləri, iş təklifinin göndərilməsi və işə qəbul prosesinin tamamlanmasına qədər bütün mərhələləri mərkəzləşdirilmiş və sistemli şəkildə idarə etməyə imkan verir. Modul işəqəbul prosesini tam şəffaf və effektiv təşkil edərək avtomatlaşdırılmış idarəetmə sayəsində insan resursları üçün vaxt və resurs itkisini minimuma endirir.

Vakansiyalar üzrə işçi tələbləri müəssisənin müxtəlif bölmələri üçün yaradılır və viza sistemi ilə təsdiqləndikdən sonra şirkət daxili və xarici üsullarla elan olunur. Hər bir vakansiya üçün tələb olunan bacarıq, təcrübə və digər kriteriyalar sistem üzərindən dəqiq müəyyənləşdirilir. Namizədlər işəqəbul portalı ilə inteqrasiya olunmuş xüsusi platformada qeydiyyatdan keçərək öz şəxsi səhifəsini (profili) yaradır, CV, diplom, sertifikatlar və digər sənədlərini əlavə edir. Portal vasitəsilə namizədlərə vakansiyalar barədə bildiriş göndərilir, müsahibə və imtahan dəvətləri planlanır və nəticələr paylaşılır. Namizədlərin müraciət statusu, müsahibə mərhələləri və seçim nəticələri real vaxt rejimində izlənilir, müsahibə mərhələləri planlanır. İşəqəbul prosesinin bütün mərhələləri ilə bağlı namizədə sistem tərəfindən avtomatik bildiriş, sms, email göndərilir və bu şablonlar redaktə oluna bilir.

Seçilmiş namizədlərə iş təklifləri göndərilir və təsdiqlənir, işə qəbul prosesindəki bütün sənədlər redaktə edilə və çap üçün fərdiləşdirilə bilir. Sistem tam kağızsız idarəetməni təmin edir.

Eyni zamanda, sistem işəqəbul prosesi üzrə statistik məlumatlar və hesabatlar təqdim edir, namizədlərin sayı, mərhələ üzrə keçmə faizi və vakansiyaların doldurulma müddəti kimi göstəricilər izlənilir, beləliklə işəqəbul prosesinin effektivliyi asanlıqla qiymətləndirilə bilir.