Proqram təminatı bütün əməkdaşların şəxsi, peşəkar və inzibati məlumatlarını mərkəzləşdirilmiş və tam nəzarət olunan şəkildə idarə etməyə imkan verir. Azərbaycan Respublikasının Əmək qanunvericiliyinə tam uyğun hazırlanmış bu modul əməkdaşların müqavilə məlumatlarını, fərdi məlumatlarını, keçmiş iş təcrübəsini, bacarıqlarını, sertifikatlarını və digər sənədlərini əlavə etməyə və izləməyə imkan verir.

Kargüzarlıqda istifadə olunan bütün sənəd növləri (əmr, ərizə və xidməti məktub və s) redaktə edilərək çap üçün müəssisəyə uyğun formatda istifadə oluna bilər. Bütün sənədlərin sima və asan imza ilə təsdiqlənməsi asanlıqla və rahat şəkildə həyata keçirilir. İşçilərin ərizə və əmrləri mərkəzləşdirilmiş şəkildə idarə olunur, əmrləri toplu şəkildə də (cədvəl və ya Excel formatında) icra etmək mümkündür. Bütün sənəd növlərinə, struktur vahidlərinə və işçilərə görə fərdi viza təsdiq axını qurmaq mümkündür. Kargüzarlığın bir çox hissəsi tam avtomatlaşdırılıb və sistem heç bir insan müdaxiləsi olmadan işləyir, bu da tam kağızsız idarəetməni təmin edir.

Təşkilati strukturun – sahələr, filiallar, departamentlər, şöbələr, bölmələr, vəzifələr və digər idarəetmə pillələrini dinamik şəkildə formalaşdırılmasını və idarə olunmasını təmin edir. Struktur vizual şəkildə avtomatik yaradılır və dəyişikliklər real vaxt rejimində bütün sistemə tətbiq olunur.

Əməkdaşların iş vaxtının qanunvericiliyə uyğun avtomatik uçotunu təmin edir və biometrik və digər sistemlərlə inteqrasiya oluna bilər. Gündəlik əmrlər əsasında avtomatik hazırlanır və modul əməkhaqqı hesablamaları üçün əsas məlumat bazası rolunu oynayır. Həmçinin, növbə qrafikləri, istehsal təqvimi üzrə aylıq normalar və qeyri-iş günləri sistemdə əlavə edilərək iş vaxtının tam idarə olunması təmin olunur.