Davamiyyət modulu müəssisədə əməkdaşların işə gəlmə-getmə məlumatlarını avtomatik, dəqiq və real vaxt rejimində idarə etmək üçün nəzərdə tutulmuş kompleks nəzarət sistemidir. Modul üz tanıma, kart oxuyucu, barmaq izi və s cihazlar üzrə daxil olan məlumatları birbaşa sistemə ötürərək davamiyyəti tam avtomatlaşdırılmış şəkildə qeydə alır.

Sistem vasitəsilə hər bir əməkdaşın tez gəlmə, gec gəlmə, tez çıxma, gec çıxma, işə gəlməmə, ezamiyyətdə olma, məzuniyyətdə olma, icazə alma və digər davamiyyət hallarının dəqiq uçotu aparılır. Davamiyyət üzrə icazə və gecikmə qaydaları müəssisəyə uyğun olaraq, eyni zamanda fərdi şəkildə təyin olunur və emal edilir.

Modulda rəhbərlər və HR əməkdaşları üçün geniş idarəetmə funksiyaları mövcuddur:

Gecikmə və güzəşt limiti, cərimə və xəbərdarlıq siyasətləri müəssisəyə uyğun olaraq sistemdə əvvəlcədən konfiqurasiya edilir.
- Əməkdaşlar şəxsi kabinet vasitəsilə icazə ərizəsi yarada bilir, rəhbər isə həmin ərizələri sistem üzərindən sürətli şəkildə təsdiqləyə və ya imtina edə bilir.
- Gecikmə, icazə və iş saatlarının avtomatik toplanması sayəsində iş saatlarının tam və şəffaf uçotu aparılır.
- İşçilərin davamiyyəti üzrə formalaşan bütün məlumatlar əməkhaqqı moduluna ötürülərək əməkhaqqının düzgün və avtomatik hesablanmasına şərait yaradır.
- Sistem gündəlik, aylıq və illik davamiyyət hesabatları yaratmağa imkan verir. Bu hesabatlarda hər bir struktur vahidi, əməkdaş və bölmə üzrə davamiyyət göstəriciləri rahat şəkildə analiz edilir.

Modul həmçinin müəssisənin daxili intizamı gücləndirir, insan resurslarının vaxt itkisinin qarşısını alır və rəhbərliyə operativ şəkildə qərar vermək üçün dəqiq analitika təqdim edir. Tam avtomatlaşdırılmış struktur, kağızsız proseslər və cihazlarla inteqrasiya sayəsində davamiyyət idarəçiliyi maksimal dərəcədə optimallaşdırılır.