Təlim modulu müəssisədə əməkdaşların bilik, bacarıq və kompetensiyalarının planlı şəkildə artırılması üçün nəzərdə tutulmuş kompleks idarəetmək üçündür. Modul vasitəsilə HR və rəhbərlər tərəfindən təlim ehtiyaclarının müəyyən edilməsi, təlim planlarının hazırlanması, iştirakçılıq və nəticələrin qiymətləndirilməsi tam rəqəmsal şəkildə həyata keçirilir. Sistem bütün prosesləri bir mərkəzdə toplayaraq təlim idarəçiliyini daha şəffaf, ölçülə bilən və səmərəli edir.
Modulun əsas imkanları təlim prosesinin əvvəlindən sonuna qədər tam avtomatlaşdırılmasını əhatə edir. Əməkdaşlar üzrə bilik boşluqlarının analizi, struktur bölmələrin inkişaf ehtiyacları və rəhbərlərin rəyləri əsasında təlim tələbləri formalaşdırılır. Formalaşdırılmış tələblər qurulmuş viza axın sistemində təsdiqdən keçdikdən sonra illik və ya dövri təlim planları sistem üzərindən avtomatik şəkildə hazırlanır. Planlaşdırılmış təlimlərin mövzuları, davamiyyəti, təlimçi məlumatları, təlim xərci, vaxt qrafiki və digər vacib parametrlər çevik şəkildə əlavə edilir.
Təlimin təşkili mərhələsində sistem iştirakçılara bildiriş göndərir, təlim prosesi ilə bağlı bütün məlumatları şəxsi kabinetə yönləndirir və davamiyyətin qeydiyyatını real vaxt rejimində təmin edir. Təlimin keçirilməsi zamanı iştirakçıların davamiyyəti elektron formada üz tanıma cihazı, tablet və ya sistemdə manual qeyd vasitəsilə aparıla bilər. Təlim sonunda iştirakçıların biliklərinin qiymətləndirilməsi üçün test və ya imtahan inteqrasiyası mövcuddur və nəticələr avtomatik olaraq təhlil edilir.
Modul təlimin effektivliyinin ölçülməsi üçün geniş analitika təqdim edir. Təlim üzrə çəkilən xərclər, iştirakçı sayı, keçid faizi, nəticə göstəriciləri, təlimçi performansı, bölmə üzrə iştirak statistikası və imtahan nəticələri sistemdə avtomatik hesabat şəklində təqdim olunur. Bu, rəhbərliyə təlimin real təsirini ölçməyə və daha düzgün qərarlar verməyə imkan yaradır.
Təlim Modulu həmçinin hər bir əməkdaşın şəxsi inkişaf tarixçəsini formalaşdırır: iştirak etdiyi bütün təlimlər, nəticələri, sertifikatlar, davamiyyət və qiymətləndirmə məlumatları işçi profilində arxivləşdirilir və karyera planlaması üçün əsas baza yaradır.
Nəticə etibarilə, modul müəssisədə təlim prosesini tam rəqəmsallaşdırır, idarəetməni sadələşdirir, resurs istifadəsini optimallaşdırır və insan kapitalının inkişafını sistemli şəkildə təmin edir.