İşə Qəbulun Nəzəri və Praktiki Əsasları təliminə start verildi.
əsas səhifə / İşə Qəbulun Nəzəri və Praktiki Əsasları təliminə start verildi.

“İşə Qəbulun Nəzəri və Praktiki Əsasları” təliminə rəsmi start verildi

Karyerasını insan resursları sahəsində qurmaq istəyənlər, eləcə də artıq bu sahədə çalışan və biliklərini daha da dərinləşdirmək niyyətində olan mütəxəssislər üçün yeni təlim proqramına qeydiyyat açıq elan edildi.

Təlim 4 dərslik intensiv proqramdan ibarətdir və iştirakçılara işə qəbul prosesinin bütün mərhələlərini həm nəzəri, həm də praktiki yanaşma ilə öyrənmək imkanı yaradacaq. Proqram çərçivəsində vakansiya planlamasından müsahibə texnikalarına, namizəd seçimi alətlərindən işə qəbul qərarverməsinə qədər bütün əsas mövzular əhatə olunacaq.

Təlimi uğurla tamamlayan iştirakçılar müvafiq sertifikatla təmin ediləcək və əldə olunan biliklər onların peşəkar inkişafında əhəmiyyətli üstünlüklər yaradacaq.

Çinarə Tağıyeva Elektron Hökumətin İnkişafı Mərkəzində — İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində işə qəbul üzrə mütəxəssis kimi fəaliyyət göstərib. Hal-hazırda isə Paşa Bankda İşə Qəbul və İstedadların Cəlb Edilməsi üzrə Mütəxəssis vəzifəsində çalışır.O, həmçinin SHRM Essentials beynəlxalq sertifikatına sahibdir və Bakı Dövlət Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə məzunudur.

Qeydiyyat linki aşağıdadır.

https://docs.google.com/forms/d/e/1FAIpQLSf09LrM5nvgFnh9W7g6yRxL-vNmiVGmNWL0b6LrdKvndwyS2A/viewform?usp=header

DataHRM proqramı ilə siz çox sadə formada, şirkət daxili şəbəkədən və ya internet üzərindən qoşularaq istənilən əməliyyatı apara bilərsiniz. Belə ki, heç bir zaman məhdudiyyəti olmadan həm komputer həm də ki, bütün smartfon qurğular vasitəsi ilə rahatlıqla istifadə edə bilərsiniz.