27 fevral 2026
Layihə 1
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 213 (Cild I); 2024, № 1, maddə 6, № 4, maddə 365, № 7, maddə 744, № 8, maddə 934; 2025, № 1, maddələr 1, 16, № 2, maddə 96, № 4 (I kitab), maddə 322, № 7, maddələr 606, 608; Azərbaycan Respublikasının 2025-ci il 26 dekabr tarixli 324-VIIQD nömrəli və 30 dekabr tarixli 332-VIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 43-cü maddənin 2-ci hissəsinin “ğ” bəndi ləğv edilsin;
1.2. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə 1-ci əlavə - “Əmək müqaviləsinin (kontraktının) nümunəvi forması”nın 1.1-ci bəndindən “və (sosial sığorta nömrəsi (SSN-i), əmək müqaviləsi elektron sənəd formasında bağlanılan işçilər, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda ilk dəfə əmək fəaliyyətinə başlayan işçilər, “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan şəxslər istisna olmaqla)” sözləri çıxarılsın.
Maddə 2. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 738 (Cild I); 2024, № 8, maddə 934) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1-ci maddə üzrə:
2.1.1. 1.1.2-ci maddədə “sosial sığorta nömrəsi” sözləri “fərdi identifikasiya nömrəsi (FİN)” sözləri ilə və həmin maddənin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin;
2.1.2. 1.1.3-cü maddə ləğv edilsin;
2.2. 4.2-ci maddədən “, sosial sığorta nömrəsinin öyrənilməsi” sözləri çıxarılsın;
2.3. 5.2.1-ci maddə ləğv edilsin.
Maddə 3. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 208 (Cild I); 2024, № 2, maddə 137, № 5 (I kitab), maddələr 489, 491, № 6 (I kitab), maddə 644; 2025, № 1, maddə 16, № 2, maddələr 96, 105, № 4 (I kitab), maddə 322, № 6, maddə 528; Azərbaycan Respublikasının 2025-ci il 26 dekabr tarixli 324-VIIQD nömrəli Qanunu) 1.0.7-ci maddəsində “sosial sığorta nömrəsi” sözləri “fərdi identifikasiya nömrəsi (FİN)” sözləri ilə əvəz edilsin.
Maddə 4. Bu Qanun 2026-cı il iyulun 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
--------------------------------------------------------
Layihə 2
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 213 (Cild I); 2024, № 1, maddə 6, № 4, maddə 365, № 7, maddə 744, № 8, maddə 934; 2025, № 1, maddələr 1, 16, № 2, maddə 96, № 4 (I kitab), maddə 322, № 7, maddələr 606, 608; Azərbaycan Respublikasının 2025-ci il 26 dekabr tarixli 324-VIIQD nömrəli və 30 dekabr tarixli 332-VIIQD nömrəli qanunları) 67-2-ci maddəsinin adına, 1-ci hissəsinə və 70-ci maddəsinin “Qeyd” hissəsinin birinci cümləsinə “(ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində)” sözlərindən sonra “, habelə dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində” sözləri əlavə edilsin.
Maddə 2. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 684 (Cild I); 2024, № 4, maddə 362, № 5 (I kitab), maddə 500; 2025, № 1, maddə 16, № 4 (I kitab), maddə 320, № 7, maddə 628; Azərbaycan Respublikasının 2025-ci il 26 dekabr tarixli 324-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1.0.6-cı və 1.0.6-1-ci maddələrə “(ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində)” sözlərindən sonra “, habelə dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində” sözləri əlavə edilsin;
2.2. 29-cu maddə üzrə:
2.2.1. 29.0.29-cu maddəyə “(ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində)” sözlərindən sonra “, habelə dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində” sözləri əlavə edilsin;
2.2.2. 29.0.43-cü maddəyə “(ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin)” sözlərindən sonra “, habelə dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərinin və bu qəbildən olan digər dövlət təhsil müəssisələrinin” sözləri əlavə edilsin;
2.3. 33.3.9-cu maddəyə, 36-2-ci maddənin adına, 36-2.1-ci, 36-2.2-ci və 36-2.4-cü maddələrə “(ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində)” sözlərindən sonra “, habelə dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində” sözləri əlavə edilsin.
Azərbaycan Respublikasının Prezidenti
