Əmək münasibətləri və Məşğulluq altsistemi
əsas səhifə / Əmək münasibətləri və Məşğulluq altsistemi

Əmək münasibətləri və Məşğulluq altsistemi

“Əmək münasibətləri və məşğulluq altsistemi” ƏMAS ölkədaxili bütün işəgötürənlər və işə qəbul olanlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, eləcədə digər dövlət qurumları üçün vahid əmək münasibətləri platforması rolunda çıxış edəcək, əmək müqaviləsinin elektron formada bağlanılması, rəqəmsal kadr uçot sisteminin yaradılması, əməyin təşkili və mühafizəsində beynəlxalq standartların tətbiqi, əməyin ödənilməsində qanunvericiliyin tələblərinin gözlənilməsi və bu sahədə dövlət siyasətinin həyata keçirilməsinin dəstəklənməsində önəmli rol oynayacaqdır.

İşsiz və işaxtaran şəxslər barədə real mənzərəni əks etdirən və daim yenilənən məlumat bazasına malik altsistem Nazirlik, vətəndaş və işəgötürənlər üçün nəzərdə tutulan 3 fərqli moduldan ibarətdir.

Vətəndaş e-sosial.az portalı vasitəsilə ƏMAS-a daxil olub işsiz və ya işaxtaran kimi qeydiyyatdan keçərək əmək bacarıqlarına uyğun münasib işlərlə tanış ola və iş üçün müraciətini formalaşdıra bilər. Beləliklə vətəndaş Dövlət Məşğulluq Agentliyinin ərazi məşğulluq filiallarına (bundan sonra ƏMF) müraciət etmədən elektron qaydada istənilən vaxt iş üçün müraciət etmək hüququ əldə edir. Həmçinin işsiz və işaxtaran şəxslər ƏMAS vasitəsilə elektron şəkildə aktiv məşğulluq tədbirlərinə müraciət etmək imkanı da qazanırlar.

DataHRM proqramı ilə siz çox sadə formada, şirkət daxili şəbəkədən və ya internet üzərindən qoşularaq istənilən əməliyyatı apara bilərsiniz. Belə ki, heç bir zaman məhdudiyyəti olmadan həm komputer həm də ki, bütün smartfon qurğular vasitəsi ilə rahatlıqla istifadə edə bilərsiniz.