“Məşğulluq haqqında” AR Qanununa dəyişiklik edildi
əsas səhifə / “Məşğulluq haqqında” AR Qanununa dəyişiklik edildi

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 8, maddə 1669; 2019, № 1, maddə 35, № 3, maddə 381, № 12, maddə 1892; 2020, № 1, maddə 1, № 5, maddə 521, № 7, maddə 831, № 9, maddə 1136) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1.22-ci maddəyə “uşaqlar,” sözündən sonra “şəhid ailəsinin üzvləri,” sözləri əlavə edilsin.

2. 20.3-cü maddəyə “şəxslər” sözündən sonra “, habelə şəhid ailəsinin üzvləri” sözləri əlavə edilsin.

3. 24.9-cu və 25.5-ci maddələrə “uşaqlara,” sözündən sonra “şəhid ailəsinin üzvlərinə,” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 fevral 2021-ci il.

Mənbə: https://president.az/articles/50645

 

DataHRM proqramı ilə siz çox sadə formada, şirkət daxili şəbəkədən və ya internet üzərindən qoşularaq istənilən əməliyyatı apara bilərsiniz. Belə ki, heç bir zaman məhdudiyyəti olmadan həm komputer həm də ki, bütün smartfon qurğular vasitəsi ilə rahatlıqla istifadə edə bilərsiniz.