Xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müddəti uzadıldı
əsas səhifə / Xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müddəti uzadıldı

AZƏRBAYCAN RESPUBLİKASININNAZİRLƏR KABİNETİ

Q Ə R A R

Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Sanitariya epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin üçüncü hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində koronavirus xəstəliyinin (COVID-19) yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti

qərara alır:

1. Azərbaycan Respublikasının ərazisində xüsusi əməkrejimi olaraq beşgünlük iş həftəsində çalışanlar üçün 2020-ci il29 mart - 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26 - 28 mart və 30 mart - 4 aprel tarixləri qeyri-iş günləri müəyyən edilsin.

2. Müəyyən edilsin ki, bu Qərarın 1-ci hissəsi dövlətəhəmiyyətli, həyat təminatlı obyektlərə, həmçinin banklara, supermarketlərə, ərzaq mağazalarına, əczaçılıq müəssisələrinə, apteklərə, yeyinti məhsulları istehsalı müəssisələrinə və bu Qərarın əlavəsində nəzərdə tutulan dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərinə və zəruri halda onların işə cəlb etdikləri işçilərə şamil edilmir.

3. Bu Qərarın 1-ci hissəsində nəzərdə tutulan müddətlərdə müvafiq işlərə cəlb edilən işçilərlə bağlı əməkhaqqı saxlanılmaqla, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 164-cü maddəsinin 2-ci hissəsi rəhbər tutulsun.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 25 mart 2020-ci il

Mənbə : https://cabmin.gov.az/az/document/4348/ 

Datalab HRM proqramı ilə siz çox sadə formada, şirkət daxili şəbəkədən və ya internet üzərindən qoşularaq istənilən əməliyyatı apara bilərsiniz. Belə ki, heç bir zaman məhdudiyyəti olmadan həm komputer həm də ki, bütün smartfon qurğular vasitəsi ilə rahatlıqla istifadə edə bilərsiniz.