Əlillərlə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi qadağan edildi
əsas səhifə / Əlillərlə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi qadağan edildi

                                                                                          Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə əlaqədar qərara alır :

1) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 12-ci maddənin 1-ci hissəsinin “ı” bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin hissəyə aşağıdakı məzmunda “i” bəndi əlavə edilsin:

“i) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmasını təmin etmək.”;

1.2. 14-cü maddənin 3-cü hissəsinin üçüncü abzasında və 38-ci maddənin 2-ci hissəsinin “i” bəndində “əlillərin və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan” sözləri “əlilliyi olan, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri ilə əvəz edilsin;

1.3. 16-cı maddə üzrə:

1.3.1. 1-ci hissəyə aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:

“Əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə yol verilmir.”;

1.3.2. 2-ci hissədə “əlillərə” sözü “əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilsin;

1.4. 54-cü maddənin 1-ci hissəsinin beşinci abzasına “normalarına” sözündən sonra “, əlilliyi olan şəxslərə münasibətdə isə həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilən iş yerlərinin standartlarına” sözləri əlavə edilsin;

1.5. 66-cı maddənin ikinci abzasında “əlil olmuş” sözləri “əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;

1.6. 69-cu maddənin 3-cü hissəsində “təqaüdə” sözü “əmək pensiyasına” sözləri ilə əvəz edilsin;

1.7. 74-cü maddənin “Qeyd” hissəsinin ikinci cümləsində “müvafiq dərəcədən əlillik qrupu” sözləri “əlillik dərəcəsi” sözləri ilə əvəz edilsin;

1.8. 78-ci maddənin 2-ci hissəsinin altıncı abzasında “əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlara” sözləri “istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilsin;

1.9. 79-cu maddə üzrə:

1.9.1. 1-ci hissənin yeddinci abzasında “I qrup əlil” sözləri “I dərəcə əlilliyi olan” sözləri ilə əvəz edilsin;

1.9.2. aşağıdakı məzmunda 3-cü hissə əlavə edilsin:

“3. Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir.”;

1.10. 91-ci maddənin 2-ci hissəsində “2-ci qrup əlil” sözləri “2-ci dərəcə əlilliyi” sözləri ilə əvəz edilsin;

1.11. 94-cü maddənin 3-cü hissəsinə və 232-ci maddənin 3-cü hissəsinin ikinci cümləsinə “əlillik,” sözündən sonra “o cümlədən” sözləri əlavə edilsin;

1.12. 98-ci maddənin 2-ci hissəsində “Əlil” sözü “Əlilliyi olan” sözləri ilə əvəz edilsin;

1.13. 119-cu maddənin 2-ci hissəsində “qrupundan” sözü “dərəcəsindən” sözü ilə və “əlillərə və” sözləri “əlilliyi olan, o cümlədən” sözləri ilə əvəz edilsin;

1.14. 130-cu maddənin birinci hissəsinin “ç” bəndində “qrupundan” sözü “dərəcəsindən” sözü ilə və “əlillərə,” sözü “əlilliyi olan, o cümlədən” sözləri ilə əvəz edilsin;

1.15. 131-ci maddənin 4-cü hissəsinin “ə” bəndi aşağıdakı redaksiyada verilsin:

“ə) əlilliyi olan şəxslərin.”;

1.16. 133-cü maddənin 3-cü hissəsinin beşinci abzası aşağıdakı redaksiyada verilsin:

“əlilliyi olan şəxslərə;”.

MƏNBƏ: https://president.az/articles/39579

DataHRM proqramı ilə siz çox sadə formada, şirkət daxili şəbəkədən və ya internet üzərindən qoşularaq istənilən əməliyyatı apara bilərsiniz. Belə ki, heç bir zaman məhdudiyyəti olmadan həm komputer həm də ki, bütün smartfon qurğular vasitəsi ilə rahatlıqla istifadə edə bilərsiniz.